Böyükağa Hacıyev vəfat etdi - FOTOLAR

Hit: 641
Böyükağa Hacıyev vəfat etdi - FOTOLAR

Neftçi Bakı klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə Sənan Şəfizadə məlumat verib.

Qeyd edək ki, Böyükağa Hacıyev futbol karyerasına Ağdam şəhərinin “Qarabağ” FK futbol klubunda başlayıb.

Əvvəlcə Ağdam klubunda uşaq məşqçisi kimi işləyən Hacıyev 1995-cu ildə bu komandanın əvəzedici heyətinin baş məşqçisi olub.

1999-cu ildə Naxçıvanın “Araz” Naxçıvan klubunun baş məşqçisi təyin edilib.

2011-ci ildə gözlənilmədən Neftçi Bakı klubunun prezidenti Sadıq Sadıqov Hacıyevi klubunun baş məşqçisi təyin edir. Bununla da Neftçi Bakı son çempionluğunu qoruyur və ardıcıl 2-ci ümumilikdə isə 7-ci çempionluğunu qazanır. 

2011-2012 mövsümündə çempion olandan sonra Neftçi Bakı ilə Avro Liqanın qrup mərhələsində çıxış edərək Azərbaycan futbolunda tarix yazır. Növbəti mövsüm Neftçi Bakı ilə yenə də çempion olur və bu dəfə hədəfi Çempionlar Liqasının qrup mərhələsi olur. Lakin elə ilk görüşdəcə Albaniyanın Skenderbeu klubuna iki görüşün nəticəsinə görə (0:0,1:0) məğlub olur və söz verdiyi kimi istefasını verir. Lakin 2014 cü ildə yenidən Neftçi Bakıya qayıdır.

Qeyd edək ki, Böyükağa Hacıyev uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi.

1
1
1








Redaktorun seçimi