Güləşçimiz beynəlxalq turnirdə gümüş medal qazandı

Hit: 601
Güləşçimiz beynəlxalq turnirdə gümüş medal qazandı

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik İsveçin Klippan şəhərində keçirilən açıq beynəlxalq turnirdə gümüş medal qazanıb.

Qadın güləşçilərin reytinq xallarının hesablandığı ilk yarışın finalında Olimpiya Oyunlarının 2 qat gümüş və bürünc mükafatçısı, dünya və 6 qat Avropa çempionu Mariya Stadnikin rəqibi ötən ilin Asiya və Dünya çempionu Yui Susaki olub.

Gərgin keçən qarşılaşmanın son saniyələrində 2:1 hesabı ilə öndə olan Stadnik bu üstünlüyü qoruya bilməyib. Görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb. Son xalı rəqib qazandığından döyüşün qalibi də o olub.

50 kq

FINAL. Mariya Stadnik - Yui Susaki (Yaponiya) - 2:2

1/2 final. Mariya Stadnik - Amy Ann Förnsayd (ABŞ) - 10:0 (1 dəq. 59 san.)

1/4 final. Cessica Ann Mari Makdonald (Kanada) - Mariya Stadnik - 0:12 (4 dəq. 35 san.)

1/8 final. Emilia Alina Vuk (Rumıniya) - Mariya Stadnik - 0:10 (1 dəq. 42 san.)

Qeyd edək ki, 2018-ci ilin təqvim planında nəzərdə tutulan Avropa və dünya çempionatları ilə yanaşı, hər bir güləş növündə seçilmiş 4 turnirin nəticəsinə əsasən reytinq xalları hesablanacaq. Reytinq yarışlarında iştirakçıların sayı və güləşçilərin qazandığı nəticələr üzrə xallar toplanaraq sıralamanı müəyyənləşdirəcək.  / / 
BAKU.WS









Redaktorun seçimi