Zimbabveli hücumçu “Qarabağ”a keçmir?

176 dəfə oxunub
Zimbabveli hücumçu “Qarabağ”a keçmir?
“Mamelodi Sandauns”un hücumçusu Xama Billiatın “Qarabağ”a keçidi baş tutmaya bilər. Bu barədə məlumatı CAR mətbuatı yayıb.
 
Bildirilir ki, 28 yaşlı forvardın hazırkı komandasında qalmaq şansı daha yüksəkdi. Klub rəsmisi Tulani Tusva Zimbabve millisinin üzvünü göndərməyə hazırlaşmadıqlarını söyləyib: “Billiat bizimlədi. Bu səhər də məşqə çıxıb. Onu hələ ki, heç yerə buraxmırıq”.
 
Həmkarlarımız “Mamelodi Sandauns”un Billiatı saxlamaqla yanlış addım atdığını düşünürlər. Çünki komandası ilə yeni sazişə razılıq verməyən hücumçunun müqavilə müddəti yayda bitir və həmin vaxt o, azad agent statusuna malik olacaq. Billiatın meneceri isə futbolçunun Avropaya yollanmaq arzusunun hələ də qaldığını vurğulayıb.
 
Qeyd edək ki, Azərbaycanda qış “transfer pəncərəsi” fevralın 9-da bağlanır.
 
//Apasport



Redaktorun seçimi