Buffon 80 yaşına qədər oynayacağına söz verdi

Hit: 639
Buffon 80 yaşına qədər oynayacağına söz verdi

İtaliyanın “Yuventus” klubunun qapıçısı Canluicci Buffon 80 yaşına qədər komandada oynamağa hazır olduğunu bildirib. 

Faktor.az Oxu.Az-a istinadən xəbər verir ki, futbolçunun sözlərini “Der Spiegel” nəşri sitat gətirir.

“Mən karyeramı bitirməklə bağlı sualları necə cavablandıracağımı bilmirəm. Özümü klub və ölkəyə xidmət edən əsgər kimi hiss edirəm. Karyeramı baş vursam da həmişə yaxınlıqda olacaq. Və hətta 80 yaşında, əgər digər qapıçı olmasa, sadəcə mənə zəng edə bilərlər. Mən tez məşq edib meydançaya çıxacam”, - Buffon deyib.

Xatırladaq ki, noyabr ayında DÇ-2018-in pley-off mərhələsi çərçivəsində İsveçə məğlubiyyətdən sonra Buffon göz yaşlarının içində İtaliya yığmasında karyerasını başa vurduğunu bəyan edib.

Faktor.az









Redaktorun seçimi