Cüdoçularımız "World Masters" turnirini 2 medalla başa vurdu

Hit: 709
Cüdoçularımız "World Masters" turnirini 2 medalla başa vurdu

Azərbaycan cüdo millisi Rusiyanın Sankt Peterburq şəhərindəki "World Masters" turnirini 2 medalla başa vurub.

Faktor.az "Report"a istinadən xəbər verir ki, son yarış günündə dünya və Avropa çempionu Elxan Məmmədov da bürünc medala sahib olub.

35 yaşlı cüdoçu mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, ilk görüşündə Joakim Dvarbini, növbəti qarşılaşmasında Jorje Fonsekanı üstələyib. Lakin yarımfinalda Məmmədov hollandiyalı Mixael Korrelə "qızıl xal"la uduzub. Bürünc medal uğrunda görüşdə isə rəqib "Bakı 2015" I Avropa Oyunlarının qalibi Kirill Denisov olub. Təcrübəli cüdoçu qalib gələrək, fəxri kürsüdə yer almağı bacarıb.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın daha bir təmsilçisi Hidayət Heydərov 73 kq çəki dərəcəsində bürünc medalla kifayətlənib. Digər cüdoçulardan Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov 7-ci yeri tutub.

Faktor.az 









Redaktorun seçimi