“Mançester Siti”nin futbolçusu naməlum şəxslər tərəfindən döyüldü

Hit: 566
“Mançester Siti”nin futbolçusu naməlum şəxslər tərəfindən döyüldü

"Mançester Siti" klubu və futbol üzrə İngiltərə yığmasının yarımmüdafiəçisi Rahim Sterlinq ölkə Premyer Liqasının 18-ci turu çərçivəsində "Tottenhem"lə oyun öncəsi hücuma və irqçi təhqirlərə məruz qalıb.

Faktor.az Report-a istinadən xəbər verir ki, Strelinq məşq bazasına gəlib və öz ünvanına təhqiramiz sözlər eşidib.

O, maşından düşərək məsələni aydınlaşdırmaq istəyib, bu zaman onun ayağına zərbə endirilib.

Klub hadisə ilə əlaqədar polisə müraciət edib.

Faktor.az 









Redaktorun seçimi