İspaniya DÇ-2018-dən kənarlaşdırıla bilər

Hit: 385
İspaniya DÇ-2018-dən kənarlaşdırıla bilər

Beynəlxalq Futbol Federasiyası (FİFA) İspaniya millisinə 2018-ci ildə keçiriləcək dünya çempionatından kənarlaşdıra bilər.

Bu barədə FİFA-nın Kral Futbol Federasiyasına (RFEF) ünvanladığı xəbərdarlıq məktubunda deyilir.

Bildirilir ki, əgər ölkə rəhbərliyi RFEF-in prezident seçkilərinə müdaxilə etməkdə davam edərsə, İspaniya yığması mundialdan kənarda qala bilər. Hazırda İspaniya Futbol Federasiyasında Xuan Larrea rəhbərlik edir. RFEF-in keçmiş prezidenti Anxel mariya Vilyar isə korrupsiyada ittiham olunaraq vəzifəsindən kənarlaşdırılıb.

İspaniya millisi DÇ-2018-in qrup mərhələsində Portuqaliya, Mərakeş və İran milliləri ilə mübarizə aparacaq.

Faktor.az









Redaktorun seçimi