“Qarabağ” gözlənilmədən mübarizəni dayandırdı - VİDEO

Hit: 767
“Qarabağ” gözlənilmədən mübarizəni dayandırdı - VİDEO

Futbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.

1/4 final mərhələsinin sonuncu qarşılaşmasında “Sumqayıt” klubu “Qarabağ”ı qəbul edib. 

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 22-ci dəqiqədə Kamal Mirzəyev açıb. 90-cı dəqiqədə isə Amil Yunanov sumqayıtlıların üstünlüyünü iki topa çatdırıb.

Xatırladaq ki ,bu komandalar arasında keçirilən ilk qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə görə, “Sumqayıt” klubu  yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinal mərhələsində “Sumqayıt”dan əlavə “Keşlə”, “Neftçi” və “Qəbələ” klubları mübarizə aparacaq.

Faktor.az









Redaktorun seçimi