Arda Turan transferi ilə bağlı "Qalatasaray"dan RƏSMİ AÇIQLAMA

Hit: 393
Arda Turan transferi ilə bağlı "Qalatasaray"dan RƏSMİ AÇIQLAMA

"Barselona"lı futbolçu Arda Turanın transfer ediləcəyi iddia edilən "Qalatasaray" klubu çıxan xəbərlərə dair rəsmi müraciət yayımlayıb.

Faktor.az publika.az-a istinadən xəbər verir ki, klubun idman direktoru Cenk Ərgün futbolçu ilə görüşmədiklərini və hər hansı transfer müzakirəsi aparmadıqlarını deyib. O, Ardanın "Qalatasaray"a gəlmək xəbərlərini mediadan öyrəndiyini və bu iddiaların tamamilə yalan olduğunu qeyd edib.

Qeyd edək ki, aldığı zədə səbəbilə bu il "Barselona"nın heç bir matçında forma geyinə bilməyən Arda Turanla Türkiyənin 3 böyük klubu ilə yanaşı, "Monako" və "Arsenal" komandaları da maraqlanır.

Faktor.az









Redaktorun seçimi