“Real” klublararası dünya çempionatının finalında - VİDEO

Hit: 412
“Real” klublararası dünya çempionatının finalında - VİDEO

Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatının finalçıları müəyyənləşib.

Faktor.az Oxu.Az-a istinadən xəbər verir ki, ikinci yarımfinal oyununda Madridin “Real” klubu “Əl-Cazira” (BƏƏ) komandasını 2:1 hesabı ilə məğlub edib.

Kral klubunun heyətində Ronaldo və Beyl, müvafiq olaraq 53 və 81-ci dəqiqələrdə fərqləniblər. BƏƏ təmsilçinin yeganə qolunu isə 41-ci dəqiqədə Romarinyo vurub. 

“Real” dekabrın 16-da keçiriləcək həlledici görüşdə Braziliyanın “Qremio” klubu ilə qarşılaşacaqlar. 

Faktor.az









Redaktorun seçimi