"Neftçi" 4 futbolçusunu icarəyə verir

Hit: 443
"Neftçi" 4 futbolçusunu icarəyə verir

"Neftçi" klubu qış fasiləsində 4 futbolçusunu icarəyə göndərəcək.

Faktor.az Report-a istinadən xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin prezidenti Orxan Hüseynzadə jurnalistlərlə söhbətində məlumat verib.

O bildirib ki, müdafiəçilər - Rahil Məmmədov, Məqsəd İsayev və yarımmüdafiəçilər - Tərzin Canahgirov, Fəhmin Muradbəyli özlərinə yeni komanda tapmalı olacaqlar.

Faktor.az









Redaktorun seçimi