“Qarabağ” - “Çelsi” matçına satılan biletlərin sayı açıqlandı

Hit: 589
“Qarabağ” - “Çelsi” matçına satılan biletlərin sayı açıqlandı

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Çelsi” ilə matçın bilet satışı davam edir.

Faktor.az Oxu.Az-a istinadən xəbər verir ki, qarşılaşmaya satılan biletlərin sayı 45000-ə çatıb.

Biletləri satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə etmək mümkündür. Biletləri əldə edərkən, şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. 

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək. 

Faktor.az









Redaktorun seçimi