"Qarabağ"ın gənclərindən tarixi nəticə - YENİLƏNİB

Hit: 792
"Qarabağ"ın gənclərindən tarixi nəticə - YENİLƏNİB
Bu gün Gənclər Liqasının Çempionlar Liqası yolunda IV turun oyunlarına start verilib. Faktor.az xəbər verir ki, Azərbaycan U-19 Liqasının qalibi olan “Qarabağ” II dövrədə ilk oyununa çıxıb. Buna qədər keçirdiyi 3 görüşdə böyük hesabla uduzan Ağdam təmsilçisi İspaniyada “Atletiko” ilə qarşılaşıb. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda “uğursuzluq zolağı”ndan çıxmaq üçün mübarizə aparıb və minimal hesablı qələbə qazanıb 0-1. Gənclər Liqası C qrupu, IV tur 31 oktyabr "Atletiko" (İspaniya) - "Qarabağ" (Azərbaycan) - 0:1 Qol: Yaroslav Deda, 45 Baş hakim: Stefan Klossner Baş hakimin köməkçiləri: Remi Zqraqqen, Efe Kurnazca (hamısı İsveçrə) Dördüncü hakim: Valentin Qomes (İspaniya) UEFA nümayəndəsi: Neyl Morro (Şinali İrlandiya) Hakim-inspektor: Manuel Dias Veqa (İspaniya) Majadahonda. Siudad Deportiva Serro Del Espino








Redaktorun seçimi