Madriddə gözlənilən təhlükə

Hit: 900
Madriddə gözlənilən təhlükə

Çempionlar Liqasının qrup mərhələsinin bu gün keçiriləcək IV turunda “Atletiko” ilə qarşılaşacaq Ağdamın “Qarabağ” klubu antirekord təhlükəsi ilə üz-üzədi.

Faktor.az xəbər verir ki, Azərbaycan çempionu klub tarixinin antirekordunun təkrarlanmamağı üçün səfərdən xalla dönməlidi.

Çünki Qurban Qurbanovun yetirmələri yenə uduzsa, ardıcıl 3-cü dəfə rəqib meydanlarından başıaşağı ayrılacaq. Pley-off mərhələsində “Kopenhagen”ə Danimarkada 1:2, qrupun ilk turunda “Çelsi”yə İngiltərədə 0:6 hesabı ilə uduzan “Qarabağ” sensasiyaya imza atmasa, uğursuz seriyası 3-ə çatacaq.

Avrokuboklarda 43 səfər oyunu keçirən “Qarabağ” indiyədək heç vaxt 3-dən artıq ardıcıl məğlubiyyət almayıb. Antirekord isə iki il öncə rəsmiləşib. 2015/16 mövsümündə Avropa Liqasının qrupunda mübarizə aparan “Qarabağ” İngiltərədə “Tottenhem”ə 1:3, Fransada “Monako”ya 0:1, Belçikada “Anderlext”ə 1:2 hesabı ilə yenilmişdi. Bu, Ağdam klubunun tarixində rəqib meydanlarındakı ən uğursuz seriyadı. Həmin antorekordun bir addımlığında olan Qurbanovun yetirmələri Madriddə mütləq xal qazanmalıdı ki, iki il öncəkini təkrarlamasın.

Həmin uğursuzluğun təkrarı isə heç də yaxşı perspektiv vəd etmir. Çempionumuzun qrupdakı son səfər matçını 1/8 finala vəsiqə üçün vuruşan “Roma”ya qarşı keçiriləcəyini nəzərə alsaq, İtaliyada sensasiya şansı azdı. Antirekord Madriddə təkrarlansa, Romada yenilənə də bilər. Buna görə də çempionumuz “qara zolaq”dan bu gün çıxmalıdı.

Qeyd edək ki, “Atletiko” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.









Redaktorun seçimi