“Qarabağ”ın oyunu türk əsilli hakimə tapşırıldı

Hit: 741
“Qarabağ”ın oyunu türk əsilli hakimə tapşırıldı

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın “Atletiko” klubuna qarşı keçirəcəyi səfər matçının hakimləri müəyyənləşib. 

Faktor.az xəbər verir ki, UEFA Madrid şəhərində baş tutacaq bu qarşılaşmanı almaniyalı hakimlər briqadasına həvalə edib.

Görüşün baş hakimi Dəniz Aytəkin olacaq. Türk əsilli referiyə yan xətt hakimləri Quido Kleve və Markus Haker kömək edəcəklər. Əlavə köməkçi hakimlər Daniel Sibert və Benjamin Brand olacaq. Ehtiyat hakim funksiyasını isə Eduard Beytinger yerinə yetirəcək.

“Atletiko” - “Qarabağ” oyunu oktyabrın 31-də “Vanda Metropolitano” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

UEFA Çempionlar Liqası

C qrupu

31 oktyabr

23:45. “Atletiko” - “Qarabağ”

Baş hakim: Dəniz Aytəkin
Yan xətt hakimləri: Quido Kleve, Markus Haker.
Əlavə köməkçi hakimlər: Daniel Sibert və Benjamin Brand.
Ehtiyat hakim: Eduard Beytinger (hamısı Almaniya).









Redaktorun seçimi