"Qarabağ" 10 nəfərlə çətin qələbə qazandı - VİDEO

Hit: 792
"Qarabağ" 10 nəfərlə çətin qələbə qazandı - VİDEO

Bu gün Topaz Premyer Liqasında X tura start verilib.

Faktor.az xəbər verir ki, üç gün davam edəcək turun bütün görüşləri Bakıda keçiriləcək. Çempionlar Liqasında mübarizəni davam etdirən “Qarabağ” ilk oyun günündə meydana çıxıb.

Son 4 mövsümün çempionu tarixində ilk dəfə “Səbail”lə görüşüb. Rəqiblərin I dövrədəki oyunu təxirə salındığından debütant yalnız indi çempionla qarşılaşa bilib. İlk məğlubiyyətini ötən tur Qəbələdə alan Qurban Qurbanovun yetirmələri çətinliklə qalib gəlib. Belə ki, oyunun gedişində bir neçə dəfə real qol şansı qazanan komanda bunları reallaşdırmaqda çətinlik çəkib. Matçın baş hakimi Rəvan Həmzəzadənin mübahisəli qərarları ilə əsəbləri bir az da tarıma çəkilən ağdamlılar 43-cü dəqiqədə azlıqda qalıb.

Ansi Aqolli ikinci sarı vərəqə ilə oyundan qovulub. İkinci hissədə bir az da təzyiqi artıran çempion istədiyi qolu 90-cı dəqiqədə vura bilib. Əfran İsmayılov normal vaxtın dəqiqəsində cərimə zərbəsindən fərqlənib.

Topaz Premyer Liqası X tur 27 oktyabr (cümə) “Qarabağ” – “Səbail” - 1:0 Qol: Əfran İsmayılov, 90 Qırmızı vərəqə: Ansi Aqolli, 43 Hakimlər: Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov AFFA nümayəndəsi: Nüvər Xasıyev Hakim-inspektor: Kərim Ağayev Suraxanı qəsəbə stadionu.









Redaktorun seçimi