Top qapıçını pis duruma saldı - VİDEO

Hit: 899
Top qapıçını pis duruma saldı - VİDEO

Futbol üzrə Tailand Kubokunda penaltidən kuryoz qol vurulub.

Faktor.az xəbər verir ki, "Banqkok Sport Klub” və "Satri Anqtxonq” arasında baş tutan yarımfinal görüşündə bərabərlik qeydə alınıb – 2:2.

Nəticədə qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. Burada isə mübarizə hesab 19:19 olana qədər davam edib. Həlledici məqamda topa "Banqkok Sport Klub”un qapıçısı yaxınlaşıb. Onun zərbəsi qapı tirinə dəyincə, "Satri Anqtxonq”un qolkiperi sevinərək meydanın mərkəzinə qaçıb. Lakin yerə düşən top bir neçə dəfə qazona dəydikdən sonra qapı xəttini keçib və hakim qolu qeydə alıb.

Bundan sonra topa yaxınlaşan "Satri Anqtxonq”un futbolçusu zərbəni dəqiq yerinə yetirə bilməyib və "Banqkok Sport Klub” finala vəsiqə qazanıb.








Redaktorun seçimi