"Qalatasaray - "Fənərbaxça" - CANLI İZLƏ //II HİSSƏ - VİDEO

Hit: 9848
"Qalatasaray - "Fənərbaxça" - CANLI İZLƏ //II HİSSƏ - VİDEO

Bu gün Türkiyə superliqasında "Qalatasaray" və "Fənərbaxça" 2017-2018 mövsümündə ilk dəfə üz-üzə gələcəklər.

9-cu turdakı qarşılaşma "Türk Telekom" stadionunda oynanılacaq.

Bakı vaxtı ilə saat 20:30-da başlanacaq matçı FİFA referisi Cüneyt Çakır idarə edəcək.

Hazırda "Qalatasaray" 8 oyundan 22 xalla liderdir. "Sarı-qırmızılar" hələ məğlub olmayıblar. "Fənərbaxça" isə 14 xalla 5-ci pillədə qərarlaşıb.

Bu, iki komanda arasında 386-cı görüş olacaq. 17 yanvar 1909-cu ildə keçirilmiş ilk derbidə "sarı-qırmızılar" qalib gəlib - 2:0. Lakin əvvəlki 385 matçın 146-da "Fənərbaxça", 123-də "Qalatasaray" qələbə qazanıb. 116 oyunda isə heç-heçə qeydə alınıb. "Fənər"in 532 qoluna "Cim-Bom" 482 qolla cavab verib. 

Faktor.az oyunuN II hissəsini  canlı təqdim edir: 









Redaktorun seçimi