"Qarabağ” Türkiyənin “Sabah” - qəzetinə sərt cavab verdi

Hit: 591
"Qarabağ” Türkiyənin “Sabah” - qəzetinə sərt cavab verdi

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Türkiyənin “Sabah” qəzetində dərc olunan köşə yazısına sərt reaksiya verib.

Faktor.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, o  bildirib ki, ən böyük  fağırlıq Azərbaycan və Qarabağın uğurlarına dəstək olmamaqdır: “Əgər mənəviyyatdan xəbəriniz olsaydı, belə səviyyəsiz köşə yazıb, özünü gülünc vəziyyətə salmazdınız. Bir türk qəzeti olaraq Qarabağ həqiqətlərini Avropaya və dünyaya başa salsanız, o zaman “ezik” olmaqdan qurtula bilərsiniz. Tərtəmiz qəlblərlə və əllərlə yazılmış “Qarabağ” adı bizim üçün müqəddəsdir. O hərfləri yazan təmiz əllər var olsun”.









Redaktorun seçimi