ŞOK XƏBƏR: - Məşhur ispan nəşri “Qarabağ”ı erməni klubu adlandırdı - FOTO

Hit: 972
ŞOK XƏBƏR: - Məşhur ispan nəşri “Qarabağ”ı erməni klubu adlandırdı - FOTO
İspaniyanın məşhur idman nəşri "El Mundo Deportivo" kobud səhv buraxıb.
 
Faktor.az xəbər verir ki, ispan KİV-i "Atletiko”nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycan futbolunun Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ”ı "erməni klubu” adlandırıb.
 
"Çolo”nun uşaqları ("Atletiko”nun baş məşqçisi Dieqo Simeonun ləqəbi) dünən gecə erməni "Qarabağ”ına qarşı oynadı – rəqib, hansı ki, kağız üzərində tamamilə keçilən görünürdü. Ancaq "Atletiko” qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını hirsləndirdi”, – deyə Mundo Deportivo yazıb.
 
Xatırladaq ki, "Qarabağ”-"Atletiko” matçı – çərşənbə günü Bakı Olimpiya Stadionunda oynanılıb və qolsuz heç-heçə ilə nəticələnib.
 








Redaktorun seçimi