Rəşad Sadıqov rəmzi komandada

Hit: 522
Rəşad Sadıqov rəmzi komandada

UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun rəmzi yığması açıqlanıb.

Faktor.az xəbər verir ki, ABŞ-ın məşhur ESPN media şirkəti 11 ən yaxşı oyunçu sırasında “Qarabağ”ın kapitanı Rəşad Sadıqova da yer verib.

35 yaşlı müdafiəçi İspaniya “Atletiko”su ilə qarşılaşmada göstərdiyi oyuna görə rəmzi komandaya layiq bilinib. O, 4-2-3-1 taktiki sxemi ilə tərtib olunan heyətdə mərkəz müdafiəçisi mövqeyində qərarlaşıb.

Rəmzi komandanın qapıçısı Uqo Lorisdi (“Tottenhem”). Müdafiə xəttində Rəşadla yanaşı, Trent Aleksander Arnold (“Liverpul”), Aleksandr Kolarov (“Roma”) və Con Stouns (“Mançester Siti”) yer alıb.

David Luis (“Çelsi”) və Harri Uinks (“Tottenhem”) mərkəz yarımmüdafiəçisi kimi komandaya daxil edilib. Hücumameylli yarımmüdafiəçi mövqeyi isə Miralem Pyaniçə (“Yuventus”) həvalə olunub.

Lionel Messi və Kvinsi Promes də Sadıqovla “komanda yoldaşı” olub. Onların cinah hücumçusu olduğu “11-liy”in ön xəttində Edin Dzeko (“Roma”) yer alıb.









Redaktorun seçimi