"Qarabağ"ın gən futbolçuları - Yenə böyük hesabla məğlub oldu

Hit: 590
"Qarabağ"ın gən futbolçuları - Yenə böyük hesabla məğlub oldu

Bu gün Gənclər Liqasının Çempionlar Liqası yolunda I dövrəyə yekun vurulacaq.

Faktor.az xəbər verir ki, qrup mərhələsinin III turunun oyunlarından biri Bakıda baş tutub.

Qitənin ən nüfuzlu klub turnirinə yüksələn “Qarabağ”ın U-19 komandası öz meydanında “Atleriko” ilə görüşüb. Əsas komandanın kapitanı Rəşad Sadıqovun baş məşqçisi olduğu gənclər ilk xal üçün mübarizə aparıblar.

Ancaq “Çelsi”yə 0:5, “Roma”ya 0:3 hesabı ilə uduzan ağdamlılar uğursuz seriyaya son qoya bilməyiblər. Ölkə çempionu yalnız Gənclər Liqasında qol vuran ilk Azərbaycan komandası kimi tarixə düşüb. Aftandil Hacıyevin meydana çıxardığı meydan sahiblərinin 1 qoluna qonaqlar 5 topla cavab veriblər.

Gənclər Liqası

Çempionlar Liqası yolu

C qrupu, III tur

18 oktyabr

“Qarabağ” (Azərbaycan) – “Atletiko” (İspaniya) - 1:5

Qollar: Yaroslav Deda, 18 - Karlos İsaak, 8; Oskar Klemente, 37; Toni Moya, 44; Aytor Punyal, 69; Alberto Salido, 88

Baş hakim: Vitali Meşkov

Baş hakimin köməkçiləri: Aleksey Lunyov, Nikolay Boqaç (hamısı Rusiya)

Dördüncü hakim: Rauf Cabbarov (Azərbaycan)

UEFA nümayəndəsi: Tamar Çixinadze (Gürcüstan)

Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)

Bakı. “Qarabağ” stadionu









Redaktorun seçimi