"Qarabağ" tarixi nəticə qazandı - YENİLƏNİB

489 dəfə oxunub
"Qarabağ" tarixi nəticə qazandı - YENİLƏNİB

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxacaq.

Faktor.az xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının III turunda “Atletiko” ilə qarşılaşacaq.

C qrupunun qələbə qazana bilməyən iki klubu aşağı pillələrdən uzaqlaşmaq üçün mübarizə aparacaq. Qrupdan çıxmaq iddiasında olan “Atletiko” qələbə ilə xal hesabını artırıb, durumunu yaxşılaşdırmaq əzmindədi. Madridlilər bununla, “Çelsi”yə ev məğlubiyyətini unutdurmalıdı.

“Qarabağ” isə ilk xal üçün savaşacaq. Keçirdiyi hər iki oyunda uduzan Qurban Qurbanovun yetirmələri doğma azarkeşlər önündə sensasiyaya köklənib. İddialı rəqibi büdrətmək əzmində olan əyalət klubu bununla da “Çelsi” və “Roma” məğlubiyyətlərindən sonra azarkeşlər önündə özünü reabilitasiya etməlidi.

Qitənin ən nüfuzlu klub turnirindəki qol hesabını evdəki ilk oyununda açan ağdamlılar öz meydanındakı növbəti sınaqda daha bir ilki reallaşdırmalıdı. Bu, ya ilk xal, ya da ilk qələbə olmalıdı. Təbii ki, “Atletiko” kimi rəqibi yenmək inandırıcı görünmür. Amma madridlilərin 1/8 final arzusuna ciddi zərbə vurub, heç-heçə üçün mübarizə aparmaq mümkündü.

Çempionlar Liqası

Qrup mərhələsi

III tur

C qrupu

“Qarabağ” (Azərbaycan) – “Atletiko” (İspaniya) 0-0

Baş hakim: Ruddi Buke

Baş hakimin köməkçiləri: Giyom Debar, Frederik Kano

Əlavə köməkçi hakimlər: Amauri Deleru, Fransua Leteksie

Dördüncü hakim: Bertrand Juanno (hamısı Fransa)

Bakı Olimpiya Stadionu


loading...
loading...

Redaktorun seçimi