Neymarın müqaviləsindəki şok maddə

Hit: 530
Neymarın müqaviləsindəki şok maddə
"Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunan Neymarın müqaviləsindəki daha bir maddə açıqlanıb.
 
Faktor.az xəbər verir ki, braziliyalı ulduz klubundan əlavə 3 milyon avro mükafat qazana bilər.
 
Bunun üçün o, FIFA-nın "Qızıl Top" (Ballon d'or) mükafatını qazanmalıdı. "Le Parisien"in məlumatına görə, Neymar qarşıdakı 5 il ərzində qazanacağı hər "Qızıl Top" üçün 3 milyon avro mükafat alacaq.
 
Qeyd edək ki, Neymar sonuncu dəfə 2015-ci ildə "Qızıl Top" mükafatının finalçıları arasına düşsə də, Lionel Messi və Kriştiano Ronaldodan geri qalaraq 3-cü olmuşdu.
 
Əvvəlcə Neymarın ildə PSJ-dən 45 milyon avro qazanacağı deyilsə də, bir müddət əvvəl "Football Leaks" braziliyalı futbolçunun müqaviləsinin bəzi detallarını açıqlayıb. Məlum olub ki, onun illik maaşı 37 milyon avro olacaq. Bonuslarla birlikdə bu məbləğ 57 milylon avroya yüksələ bilər. Bonus şərtləri açıqlanmayıb.








Redaktorun seçimi