Əliyar Ağayev Avroliqanın oyununa təyinat aldı

Hit: 534
Əliyar Ağayev Avroliqanın oyununa təyinat aldı

Avropa Liqasının L qrupunda oktyabrın 19-da keçiriləcək “Vardar” (Makedoniya) – “Real Sosyedad” (İspaniya) oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.
 
Faktor.az
xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.









Redaktorun seçimi