Rusiyalı gözəl Çində çempion oldu

Hit: 535
Rusiyalı gözəl Çində çempion oldu
Rus tennisçi Mariya Şarapova, Tianjin Açıq Tennis Turnirinin finalında Belaruslu Aryna Sabalenkayı 2-0 məğlub edərək çempion olmağı bacarıb.
 
Faktor.az xəbər verir ki, Çinin Tianjin şəhərində sərt kortda keçirilən turnirinin finalında Sharapova, dünya reytinqində 102-ci sırada yer alan Sabalenkayı 2 saat 5 dəqiqə davam edən mübarizənin ardından 7-5 və 7-6lık setlərlə 2-0 məğlub edib.
 
Dünya sıralamasında 86-ci pillədə olan 30 yaşlı Şarapova, beləliklə 15 aylıq dopinq cəzasının ardından ilk dəfə bir turnirdə çempion olub.

 









Redaktorun seçimi