Ndlovu “Qarabağ”a 3 xal qazandırdı - YENİLƏNİB

Hit: 509
Ndlovu “Qarabağ”a 3 xal qazandırdı - YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında II dövrəyə start verilib.

Faktor.az xəbər verir ki, VIII turun ilk oyun günündə 1 qarşılaşma baş tutub.

Ötən mövsümün mükafatçılarının dueli “İnter Arena”da keçirilib. Son 4 ilin dəyişməz çempionu “Qarabağ” “İnter”in qonağı olub.

Ağdam təmsilçisi meydan sahiblərinin müqavimətini qırmaqda çətinliklə üzləşsə də, matçın sonlarında istəyinə çatıb. Məğlubiyyətsiz irəliləyən Qurban Qurbanovun yetirmələri Dino Ndlovunun son dəqiqələrdəki dublu ilə 3 xal qazanıb. Bu qələbə əyalət klubunun liderliyini möhkəmlədib.

Qeyd edək ki, sabah turun daha iki oyunu keçiriləcək. “Sumqayıt” “Qəbələ”ni, “Zirə” “Kəpəz”i qəbul edəcək.

Topaz Premyer Liqası

VIII tur

13 oktyabr (cümə)

“İnter” – “Qarabağ” - 0:2

Qollar: Dino Ndlovu, 85, 90+2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
“İnter Arena”









Redaktorun seçimi