UEFA daha 4 klubumuza vəsait ayırdı

Hit: 570
UEFA daha 4 klubumuza vəsait ayırdı

UEFA-nın 19 iyul 2016-cı il tarixli 39 nömrəli məktubuna və həmin məktubun 3.1.3-cü bəndinə əsasən, kommersiya fəaliyyətindən irəli gələn əlavə gəlirlərin seçmə mərhələlərdə iştirak edən klublara bölüşdürülməsi nəzərdə tutulub.

Faktor.az xəbər verir ki, ayrılmış həmin maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada aşağıda göstərilmiş klubların hesabına köçürülüb:

“Qarabağ” – 75450.00 avro
“Neftçi” –  33220.00 avro
“Qəbələ” –  50960.00 avro
“Kəpəz”–  33220.00 avro
 
Qeyd: “Kəpəz” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.









Redaktorun seçimi