"Roma"nın hücumçusu Bakıda oynamayacaq

Hit: 434
"Roma"nın hücumçusu Bakıda oynamayacaq

"Roma"nın zədəli futbolçusu Patrik Şikin son durumu müəyyənləşib.

Faktor.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, tibbi müayinədən keçən 21 yaşlı hücumçunun sol dizaltı vətərindən zədələndiyi məlum olub. Onun 15 gün yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Bu isə o deməkdir ki, P.Şik İtaliya A seriyasında "Udineze", "Milan"la oyunları və Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"la görüşü buraxacaq.

Qeyd edək ki, "Qarabağ" - "Roma" matçı sentyabrın 27-i keçiriləcək.









Redaktorun seçimi