“Qarabağ”ın növbəti hədəfi Çempionlar Liqasının qrupudur” - Əmrah Çəlikəl

256 dəfə oxunub
“Qarabağ”ın növbəti hədəfi Çempionlar Liqasının qrupudur” - Əmrah Çəlikəl

UEFA Çempionlar Liqasının III mərhələsinin cavab oyununda "Qarabağ" Moldovanın "Şerif" klububunu 1-2 hesabı ilə məğlub edib.

Faktor.az xəbər verir ki, Qarabağ"ın direktoru Əmrah Çəlikəl Çempionlar Liqasının üçüncü mərhələsinin "Şerif"ə qarşı matçından sonra müsahibəsini təqdim edir.

- Əvvəlcə bu parlaq qələbə münasibəti ilə sizi təbrik edirik. İlk təəssüratlarınız necədir?

- Vallah, ancaq qürur duyuruq. Amma hər qalibiyyətdən sonra məsuliyyətimiz daha da artır. Bundan sonra daha diqqətli olmalıyıq. Düzdür, bugünkü qələbə bir tarixdir. Amma qarşımıza qoyduğumuz hədəfə hələ  çatmamışıq. Qurban müəllimi, oyunçularımızı, rəhbərliyimizi təbrik edirəm.
Bundan sonrakı hədəfimiz Çempionlar Liqasının qrupudur. Birinci missiyamızı  tamamdıq. İndi qarşıda bizi ağır pley-off mərhələsi gözləyir.

- Pley-offdan gözləntiniz nədir?

- Həmişə demişik. Bu, Çempionlar Liqasıdır və burada çempionlar oynayır. Rəqib zəif olmayacaq.

- Dediniz ki, hədəfiniz qrupdur. Amma bütün futbol ictimaiyyəti qrupda düşmək üçün "Qarabağ"dan yenə yeni transferlər gözləyir.
 
- Bəli, bu məsələ həmişə müzakirə olunur. Amma gördüyünüz kimi, Qurban müəllimin etdiyi etdiyi transferlər uğurlu olub. Bizim məsuliyyətimiz böyükdür. Biz komandaya hər oyunçunu gətirə bilmərik. Görürsən ki, bəzən hətta bizim maraq dairəmizdə olmayan oyunçuların da adı "Qarabağ"la hallanır. Transferlərimiz fərqli və səviiyyəli olmalıdır. Qurban müəllim futbolçu axtarır, isdəyini tapanda o transferin gerçəkləşməsi üçün rəhbərliyimiz dəstək verir, bundan sonra da verəcək. Gərək transferlərimiz layiqli olsun. Belə futbolçu olanda komandaya cəlb edəcəyik.

- Sonda azarkeşlərə sözünüz...

- Onları təbrik edirəm. Bundan sonra hamımızın məsuliyyəti böyükdür. Bunu başa düşmələrini istəyirım. Onlar bizə həmişə inanıblar. Biz birlikdə bu uğurlara nail olmuşuq. Bundan sonra da onların dəstəyi ilə daha böyük uğurlar qazanacağımıza inanıram.


loading...
loading...

Redaktorun seçimi