"Qəbələ" - "Panatinaikos" matçında ingilis hakimlər

386 dəfə oxunub
"Qəbələ" - "Panatinaikos" matçında ingilis hakimlər

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Qəbələ" - "Panatinaikos" cavab oyununa hakim təyinatları açıqlanıb.

Faktor.az xəbər verir ki, matçı İngiltərə Futbol Federasiyasının hakimləri briqadası idarə edəcək. Görüşün baş hakimi  Kreyq Pauson təyin olunub. Ona  Li Betts və Adam Nunn köməklik edəcək. Dördüncü hakim funksiyasının isə Kevin Friend yerinə yetirəcək.

Qeyd edək ki, "Qəbələ" - "Panatinaikos" oyunu avqustun 3-ü saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda Yunanıstan klubu 1:0 hesabı ilə qalib gəlib (qol.az).


loading...
loading...

Redaktorun seçimi