“Qarabağ” – “Şerif” matçının hakimləri müəyyənləşdi

Hit: 1096
“Qarabağ” – “Şerif” matçının hakimləri müəyyənləşdi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Şerif” matçının hakimləri müəyyənləşib.

Faktor.az xəbər verir ki, UEFA Bakıdakı qarşılaşmaya belaruslu briqadanı göndərəcək.

Matçın baş hakimi Sergey Tsinkeviç olacaq. ona Yevgeni Ramanov və Vitali Malyutsin kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Viktor Şimusik yerinə yetirəcək.

İyulun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün UEFA nümayəndəsi qazaxıstanlı Kuaniş Kanapyanov, hakim-inspektoru isə bolqarıstanlı İçko Lozev olacaq.

Qeyd edək ki, qarşılaşma iyulun 25-i saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.









Redaktorun seçimi