"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

Hit: 617
"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Moldovanın "Şerif" klubu arasında keçiriləcək ilk oyuna bilet satışına bu gündən start verilib.

Faktor.az xəbər verir ki, ilk gündə təxminən 5 min bilet artıq satılıb. Məlumatı Ağdam klubunun mətbuat xidməti yayıb.

Qeyd edək ki, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.

"Qarabağ" – “Şerif" matçı iyulun 25-də keçiriləcək və saat 21:00-da start götürəcək.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-di.

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN

11 və 18 nömrəli sektorlar – 3 AZN

12,13, 29, 38 və 14-17 nömrəli sektorlar - 5AZN

VİP - 50 AZN









Redaktorun seçimi