UEFA-dan Əliyara növbəti təyinat

359 dəfə oxunub
UEFA-dan Əliyara növbəti təyinat

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə Çempionlar Liqası matçına təyinat alıb.

Faktor.az
-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, o, 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Styaua” (Rumıniya) – “Viktoriya” (Çexiya) oyununu idarə edəcək.

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov  yerinə yetirəcək. Oyun iyulun 25-də keçiriləcək.

Xatırladaq ki, Əliyar Ağayev iyulun 19-da keçirilən ÇL-nin II təsnifat mərhələsinin “Rosenborq” (Norveç) – “Dandalk” (İrlandiya) oyununu da idarə edib.


loading...
loading...

Redaktorun seçimi