"Ronaldunun "Real"dan getməsi üçün..." - Joze Mourinyo

Hit: 878
"Ronaldunun "Real"dan getməsi üçün..." - Joze Mourinyo

"Mançester Yunsyted"in baş məşqçisi Joze Mourinyo Kriştianu Ronaldonu kluba qaytarmaq barədə düşünmədiyini bildirib.

Faktor.az xəbər verir ki, portuqaliyalı mütəxəsis həmyerlisinin də klubunu dəyişmək fikrində olmadığını deyib.

"Bizim bu barədə planımız yoxdur. Çünki Ronaldo klubu üçün vacib oyunçudur. "Real" böyük iqtisadi imkanlara malikdir. Ronaldonun ordan getməsi üçün səbəb görmürük. Rəhbərliyi klubunu dəyişmək istəməyən futbolçulara pul xərcləməyə məcbur etmək istəmirəm".

İyunda ortaya çıxan söz-söhbətlər əsasən Ronaldonun vergi qalmaqalına görə İspaniyanı tərk etmək istədiyi deyilirdi. İyulun əvvəlində açıqlama verən ulduz futbolçu "Real"dan getmək barədə danışmadığını qeyd etmişdi.









Redaktorun seçimi