“Samtredia” - “Qarabağ”: Hakimlər açıqlandı

Hit: 797
“Samtredia” - “Qarabağ”: Hakimlər açıqlandı

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçları çərçivəsində keçiriləcək “Samtredia” - “Qarabağ” oyununun təyinatları açıqlanıb.

Faktor.az xəbər verir ki, qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Srcan Yovanoviç olacaq. Ona yan Uroş Stoykoviç və Milan Mixayloviç kömək edəcək. Dördüncü hakim funksiyasını Marko Popoviç yerinə yetirəcək. Hakimlərin işinə Macarıstandan olan Laslo Vaqner qiymət verəcək. Matçın UEFA nümayəndəsi ingiltərəli Qraham Hover olacaq.

İyulun 18-də Boris Payçadze adına stadionda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” Bakıda keçirilən ilk oyunda “Samtredia”nı 5:0 hesabı ilə məğlub edib.

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsi 

Cavab oyunu

18 iyul

21:00 Samtredia (Gürcüstan) - Qarabağ (Azərbaycan)

Baş hakim: Srcan Yovanoviç

Yan xətt hakimləri: Uroş Stoykoviç və Milan Mixayloviç

Dördüncü hakim: Marko Popoviç (hamısı Serbiya)

Hakim-inspektor: Laslo Vaqner (Macarstan)

UEFA nümayəndəsi: Pol Daniel Zaharya (Rumıniya)









Redaktorun seçimi