“Çelsi”dən argentinalı ulduza fantastik təklif

Hit: 666
“Çelsi”dən argentinalı ulduza fantastik təklif

İngiltərə Premyer Liqasının son çempionu “Çelsi” “Yuventus”un hücumçusu Qonsalo İquaynın xidmətində maraqlıdı.

Faktor.az xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Xəbərdə “zadəganlar”ın argentinalı hücumçuya görə Turin təmsilçisinə 100 milyon avro ödəməyə hazır olduğu vurğulanıb.

Qeyd edək ki, İquayn ötən yaydan “Yuventus”un şərəfini qoruyur. Onun klubla müqavilə müddəti 2021-ci ilin yayında bitəcək.









Redaktorun seçimi