"Qalatasaray"dan ayrılan Sneyderin yeni klubu

Hit: 1471
"Qalatasaray"dan ayrılan Sneyderin yeni klubu

"Qalatasaray"dan ayrılan Uesli Sneyder kryerasını İtaliyada davam etdirmək istəyir.

Faktor.az xəbər verir ki, "Sampdoriya" və "Los Anceles Qalaksi"dən təklif alan holand ulduz A Seriyasına dönmək qərarına gəlib.

İtaliya mətbuatının məlumatına görə, Sneyder "Sampdoriya" rəhbərliyi ilə anlaşmaq üzrədi. Futbolçunun meneceri Quydo Albers də bir neçə gün əvvəl bu barədə açqlama vermişdi: "Uesli "Sampdoriya"da oynamaq istəyir. İlk olaraq bu klubun təklifini dəyərləndirəcək".

Qeyd edək ki, Sneyder "Qalatasaray"a 2013-cü ildə "İnter"dən 7,5 milyon avroya transfer olunmuşdu.









Redaktorun seçimi