"Real"dan rekord məbləğli transfer

Hit: 872
"Real"dan rekord məbləğli transfer

"Real" "Mançester Yunayted"in qapıçısı David De Geadan əl çəkmir.

Faktor.az xəbər verir ki, "Kral Klubu" ispan qolkiper üçün növbəti təklifi göndərməyə hazırlaşır.

Bildirilir ki, "Real" bu dəfə "Mançester Yunayted"ə 57 milyon avro təklif edəcək. İngilislərin bu təklifi qəbul etməsi gözlənilir.

Qeyd edək ki, "Mançester Yunayted" David De Geanı 2011-ci ildə "Atletiko"dan 25 milyon avroya alıb. Bu transfer baş tutsa, dünyanın ən bahalı qapıçı keçidi reallaşacaq. Hazırda rekord Canluici Buffona məxsusdu. O, "Parma"dan "Yuventus"a 52,88 milyon avroya transfer olunub.









Redaktorun seçimi