Türkiyə millisinin üzvü rəsmən Çexiya klubunda

Hit: 671
Türkiyə millisinin üzvü rəsmən Çexiya klubunda

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Semih Kayanın Çexiya "Sparta"sına keçidi rəsmiləşib.

Faktor.az xəbər verir ki, bu barədə Praqa təmsilçisinin rəsmi saytı da məlumat yayıb. Məlumatda bildirilir ki, 26 yaşlı türkiyəli müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, S.Kaya 2009-cu ildən "Qalatasaray"da oynayırdı. "Cim Bom"un yetirməsi olan mərkəz müdafiəçisi 2010-cu ildə "Qaziantepspor"da, 2011-ci ildə isə "Kartalspor"da icarədə oynayıb. Kaya 2012-ci ildən Türkiyə millisinin də şərəfini qoruyur.









Redaktorun seçimi