"Qalatasaray"dan yeni qərar - Ulduz futbolçu komandadan ayrılır

Hit: 745
"Qalatasaray"dan yeni qərar - Ulduz futbolçu komandadan ayrılır

"Qalatasaray" futbolçusu Uesli Sneyderlə yolları ayırmağa qərar verib.

Faktor.az xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb. Bildirilib ki, klub rəhbərliyi holllandiyalı yarımmüdafiəçini komandadan göndərmək qərarına gəlib.

Klubun Sneyderə ötən mövsüm verdiyi pul cəzası ilə bağlı qərarını ləğv etdiyi bildirilib. Bundan başqa, oyunçuya olan borcların ödəniləcəyi vurğulanıb.

Xəbərdə o da qeyd olunub ki, "Qalatasaray" U.Sneyderin təzminatsız başqa kluba keçməsinə razılıq verəcək.

Qeyd edək ki, "Qalatasaray" ötən mövsüm U.Sneyderi intizamsız hərəkətlərinə görə 2.7 milyon avro məbləğində cərimələmişdi.









Redaktorun seçimi