Dani Alveşdən 2 illik imza

Hit: 468
Dani Alveşdən 2 illik imza
Bir mövsüm "Yuventus"da oynayandan sonra İtaliyadan ayrılan Dani Alveşin yeni klubu müəyyənləşib.
 
Faktor.az xəbər verir ki, brazilyalı sağ cinah müdafiəçisi Fransanın 1-ci liqasında çıxış edən PSJ ilə rəsmi müqavilə imzalayıb. Adı "Mançester Siti" ilə hallanan 34 yaşlı futbolçu yeni mövsümdən PSJ-nin 32 nömrəli formasını geyəcək.
 
İngiltərə təmsilçisinin həftəlik 135 min avroluq təklifini rədd edən Alveş 2 illik müqavilə imzaladığı PSJ-də həftəyə 260 min avro qazanacaq. 
 
Ötən mövsüm "Yuventus"da meydana çıxdığı 33 oyunda 6 qola imza atan müdafiəçi 7 məhsuldar ötürmənin də müəllifi olub.








Redaktorun seçimi