Super Liqa klubu milli üzvü ilə gücləndi

Hit: 406
Super Liqa klubu milli üzvü ilə gücləndi

Türkiyə Super Liqasının yeni iştirakçısı "Göztəpə" heyətini gücləndirməyə davam edir.

Faktor.az xəbər verir ki, İzmir klubu "Qaziantepspor"da forma geyinən Nabil Gilyanı da heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı açıqlama yayıb. 27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Əlcəzairli hücumçu daha öncə Fransada "Kassis Karno", Portuqaliyada "Moreyrense", "Vizela", "Porto", İspaniyada "Kordova", "Levante" klublarının da şərəfini qoruyub. Gilya 2016-cı ildə transfer olunduğu "Qaziantepspor"la ötən mövsüm 29 oyunda 8 qola imza atıb.

Nabil Əlcəzair yığmasında da 8 oyun keçirib, 2 qol vurub.









Redaktorun seçimi