Danimarkalılar Ramil Şeydayevin debütünü korladılar - VİDEO

Hit: 616
Danimarkalılar Ramil Şeydayevin debütünü korladılar - VİDEO

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları davam edir.

Faktor.az xəbər verir ki, milli komandamızın oyunçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” da ilk matçına çıxıb.

Slovakiya təmsilçisi “Kopenhagen”i qonaq edib. Matç danimarkalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matça ehtiyat oyunçular skamyasında başlayan Ramil 57-ci dəqiqədə meydana daxil olsa da, komandasına kömək edə bilməyib.

Qeyd edək ki, bu, milli üzvünün Çempionlar Liqasında debüt matçıdır.









Redaktorun seçimi