"Heç-heçə daha ədalətli nəticə olardı" - Jeff Strasser

Hit: 831
"Heç-heçə daha ədalətli nəticə olardı" - Jeff Strasser

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "İnter"ə 1-0 hesabı ilə məğlub edən Lüksemburq təmsilçisi “Fola”nın baş məşqçisi Jeff Ştrasser oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Faktor.az xəbər verir ki, 43 yaşlı mütəxəssis0:1 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:

- Oyunu təhlil edərkən, onu demək olar ki, ədalətli nəticə olmadı. Heç-heçə daha ədalətli olardı. Əlimizə düşən imkanlardan yararlana bilsəydik, nəticə başqa cür ola bilərdi. Son dəqiqələrdə qol buraxıb məğlub olduq. Nə etmək olar?.

- Son dəqiqələrdə Denis Silva ilə mübahisəniz yarandı. Həmin epizodda baş məşqçi kimi centlmenlikdən kənar hərəkət etməyə sizi nə vadar etdi?

- Centlemenlik məsələsində UEFA sözünü deyəcək.

- Bu nəticə sizə növbəti mərhələ üçün nə qədər şans saxlayır?

- Statistikaya baxsaq, ilk oyunda 1:0 hesablı qələbə qazanan komandanın şansı daha çox olur. Amma bizim də şansımız davam edir. Bundan yararlanmağa çalışacağıq.

- Hər iki ölkə çempionatının bürünc mükafatçılarının duelində bu hesabı ədalətli saymaq olarmı? Nəzərə alaq ki, bizim çempionatın 4-cüsü olan “Zirə” sizdə ikinci yeri tutan komandanı mübarizədən kənarlaşdırıb...

- Biz “Differdanj”a uduzmuşduq. İlk dəfə idi ki, onlar çempionatda bizi qabaqladı. Bizim çempionatda sistem sizinki ilə müqayisədə fərqlidi.

- “İnter” bu gün gözlədiyiniz oyunu sərgilədi?

- Oyundan əvvəl “İnter”i yüz faiz tanıyırdıq və onlardan belə çıxış gözləyirdik. Təhlil edəndə də görürük ki, “İnter” gözlədiyimiz kimi çıxış etdi. İndi oyun planında gərək bir az dəyişiklik edək ki, evdə uğurlu nəticə əldə edək.

 








Redaktorun seçimi