5 oyunda 1 qələbə

Hit: 453
5 oyunda 1 qələbə

Sabah Azərbaycanın iki klubu Avropa Liqasının II təsnifat mərhələsinin oyununa çıxacaq.

Faktor.az xəbər verir ki, “Qəbələ” və “Zirə”nin oynayacağı gün klublarımız üçün uğurlu sayılmır.

Belə ki, indiyədək iyulun 13-də keçirdiyimiz 5 qarşılaşmada yalnız 1 dəfə komandamız qalib gəlib. Yeganə qələbəni “Karvan” əldə edib. Yevlax təmsilçisi 11 il əvvəl ev oyununda Slovakiya “Spartak”ına gücünü göstərib – 1:0. Həmin il “Qarabağ” da eyni gündə qol sevinci yaşayıb. Lakin ağdamlılar Moldova səfərində “Zimbru” ilə “sülh”lə ayrılıb – 1:1.

Digər 3 görüşdə isə təmsilçilərimiz uduzub. “İnter” evdə, “Neftçi” isə 2 səfər qarşılaşmasında buna üzülüb. Sonuncu belə matçda “ağ-qaralar” Zaqrebdə “Dinamo”dan 3 cavabsız qol yeyib.

2004/05, Çempionlar Liqası

1-ci təsnifat mərhələsi

13 iyul. “Şiroki Brieq” (Bosniya və Herseqovina) – “Neftçi” - 2:1

2006/07, UEFA kuboku

1-ci təsnifat mərhələsi

13 iyul. “Zimbru” (Moldova) – “Qarabağ” - 1:1

13 iyul. “Karvan” – “Spartak” (Trnava, Slovakiya) - 1:0

2010/11, Çempionlar Liqası

2-ci təsnifat mərhələsi

13 iyul. “İnter” – “Lex” (Polşa) - 0:1

2011/12, Çempionlar Liqası

2-ci təsnifat mərhələsi

13 iyul. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Neftçi” - 3:0









Redaktorun seçimi