"İnter" son dəqiqədə vurduğu qola sevindi - YENİLƏNİB

Hit: 507
"İnter" son dəqiqədə vurduğu qola sevindi - YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinə start verilib.

Faktor.az xəbər verir ki, ilk oyunlar çərçivəsində baş tutan matçlardan birincisi Bakıda keçirilib.

Günün yeganə qarşılaşmasında “İnter” meydana çıxıb. Paytaxt təmsilçisi Lüksemburqun “Fola” komandasını qəbul edib. Matçın taelyini bir qol həll edib.

"İnter" ilk hissədə təşəbbüsü ələ alsa da, üstünlüyünü qola çevirə bilməyib. İkinci hissənin sonunda Mirhüseyn Seyidovun vurduğu qol komandamızın ilk matçdakı qələbəsini rəsmiləşdirib.

UEFA Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyun

12 iyul

“İnter” (Azərbaycan) – “Fola” (Lüksemburq) - 1:0

Qol: Mirhüseyn Seyidov, 89

Baş hakim: Eytan Şmuelevits

Baş hakimin köməkçiləri: Saqi Metzamber, Nissan Davidi

Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)

UEFA nümayəndəsi: Vladislav Xodeyev (Rusiya)
UEFA hakim-inspektor: Oguz Sarvan (Türkiyə)

Bakı. “Dalğa Arena” stadionu









Redaktorun seçimi