Azərbaycan qitənin ən çox qazanan 10 ölkəsi arasında

Hit: 561
Azərbaycan qitənin ən çox qazanan 10 ölkəsi arasında

Azərbaycan cari mövsüm avrokuboklarda ən çox qazanc əldə edən 10 ölkə sırasında yer alıb.

Faktor.az xəbər verir ki, UEFA Çempionlar Liqası və Avropa Liqası oyunlarında əldə olunan 5 qələbə UEFA reytinqinə 1,250 xal gətirib.

Bu isə mövsümün ən yaxşılarından olmağa imkan verib. Azərbaycan bu göstərici ilə 8-ci sıradadı. Düzdü, Slovakiya və Maltanın da eyni xalı var. Lakin əlavə göstəricilərdəki üstünlük daha öndə qərarlaşmaq imkanı verir.

Ümumiyyətlə, ilk "onluq"dan 6 ölkə əslində, hələ mövsümə start verməyib. Onlar təmsilçilərinin qrupa düşməsi üçün bonus xallar qazandığı üçün ön sıralardadı. Bunlar "Böyük beşlik" və Portuqaliyadı.

Təmsilçiləri təsnifat mərhələsində artıq mübarizəyə başlayanlardan isə ən yaxşı nəticə Lixtenşteynə məxsusdu. Bunu isə ölkənin yalnız bir komandası olmaqla izah etmək olar. Çünki "Vaduts"un hər qələbəsi Azərbaycanda olduğu kimi 0,250 deyil, 1,000 xalla dəyərləndirilir.

Mövsümün ən yaxşıları

1. İngiltərə - 2,285
2. Lixtenşteyn - 2,000
3. İspaniya - 1,714
4. Almaniya - 1,714
5. Fransa - 1,333
6. İtaliya - 1,333
7. Portuqaliya - 1,333
8. Azərbaycan - 1,250
9. Slovakiya - 1,250
10. Malta - 1,250









Redaktorun seçimi