"Qalatasaray" braziliyalı müdafiəçi ilə anlaşdı

Hit: 476
"Qalatasaray" braziliyalı müdafiəçi ilə anlaşdı
"Qalatasaray" növbəti transferini rəsmiləşdirəcək.
 
Faktor.az xəbər verir ki, klub Mariano Ferreyra ilə anlaşıb. "Sevilya"da forma geyən 31 futbolçunun illik maaşı 2.2 milyon avro olacaq. "Sevilya" ilə görüşlərdən müsbət nəticə alan rəhbərlik ispan klubuna 4,4 milyon avro ödəyəcək. 
 
Marianonun qarşıdakı günlərdə İstanbula gələrək, tibbi müayinədən keçəcəyi və bundan sonra rəsmi müqaviləyə imza atacağı gözlənilir. Braziliyalı sağ cianh müdafiəçisi ilə 3 illik anlaşma əldə olunub.
 
Ötən mövsüm "Sevilya"da 43 matça çıxan müdafiəçi 4 məhsuldar ötürməyə imza atıb.

 









Redaktorun seçimi