"İmarət" azarkeş qrupu "Qarabağ"ın oyununu boykot etdi - FOTOLAR

Hit: 2016
"İmarət" azarkeş qrupu "Qarabağ"ın oyununu boykot etdi - FOTOLAR

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Qarabağ” – “Samtredia” matçından əvəl gərgin anlar yaşanıb.

Faktor.az xəbər verir ki, Ağdam klubunu dəstəkləyən “İmarət” azarkeş qrupu matçda Füzulinin Alxanlı kəndində Ermənistan ordusu tərəfindən qətlə yetirilən Zəhra ilə bağlı pankart açmaq istəsə də, polis buna icazə verməyib.

Azarkeşlərin “Qarabağ” klubunun rəhbərliyinə müraciəti də, nəticəsiz qalıb. Nəticədə azarkeşlər oyunun başlamasını gözləmədən matçı boykot edərək, stadionu tərk ediblər. Həmin pankartda isə “Bir gün tökülən qandan ötrü hamınız cavab verəcəksiniz” sözləri yazılıb.

Oyundan sonra azarkeş qrupunun üzvləri bu pankartı açaraq hər kəsə mesaj göndərdilər.

Qeyd edək ki, "Qarabağ" bu oyunda rəqibini 5-0 hesabı ilə məğlub edib.

1
1








Redaktorun seçimi